Günahkaram
Qəmlənmişəm gülüşün bəzən yüksəlməyəndə,Səsin qulaqlarıma bir saat gəlməyəndə.Görünməyəndə bir gün gözlərimə suretin,Demişəm ki, nə oldu, hardadır mərhəmətin?Söyləmişəm etibar, sədaqət, vəfa hanı?Pozma, əhdi-peymanı.Nə gizlədim, olmuşam gileyli, günahkaram,Düzü bu rəftarımçın mən xeyli günahkaram.Sən ki, öz aşiqini salmamısan zindana,Nə üçün yana-yanaSöyləyim ki, nə olar?Yar yolunda aşiqə zindan kaşanə olar.Duymamışam ki, hicrin şirindir vüsalın tək,Qana dönmüşdür ürək.Doğrusu zillətindən, cövründən, möhnətindən,Əzabından, cəfandan, qəmindən, həsrətindənŞikayətlər etmişəm, ey afət, günahkaram,Çəkirəm zaman-zaman xəcalət, günahkaram.Sən məni doğrasan da ney kimi para-paraDeməliyəm parçala, istəsən kəs dübara.Mən belə etməmişəm,Həqiqi sevənlərin yolilə getməmişəm.Bağışla aşiqini, ey canan, günahkaram,Etməmişəm yolunda can qurban, günahkaram...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-gunahkaram
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözəl var ki, boyalıdır,Gözəl də var boyasızdır.
GecəGecədir, cəzb eləyir göy məni, hilal məni,Çəkib, çəkib aparır sevgilim xəyal məni.
Mən həmən ağacam, sən həmən baharBir ağac görmüşdüm yol üzərində,Dayanıb dururdu sakit yerində.
OlsunAçıb varaq-varaq oxuyum deyə,Təbiət baharda kitabım olsun.
Başqa şairlərin şeirləri · Eşq
Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə
GəlirDilbərim aşığmı sallanıb görməyə gəlir,Tuti tək dili fəsih, danışıb gülməyə gəlir,
DolanırKönül quşu yenə havalanıbdı,Qalxıb ərş üzünə tağı dolanır.
Pərtövi-hüsnündən ey dilbər, cahan pürnur olurPərtövi-hüsnündən ey dilbər, cahan pürnur olur,Binəvadır ki, vüsalından həbibin dur olur.