Mən həmən ağacam, sən həmən bahar
Bir ağac görmüşdüm yol üzərində,Dayanıb dururdu sakit yerində.Onu torpağından sarsıtmışdılar.Buna baxmayaraq gələndə baharAğac çiçək açıb göyərdi yenə,Saldı kölgəsini yerin üstünə...İnsanam, olsa da şöhrətim ucaOxşarım var həmən yaşıl ağaca.Kəc baxdım elə ki, mənə bir qədərSarsılıram yaman. Solur ümidlər.Nə vaxt gülümsəsən baxıb bir anlıq,Çəkilir qəlbimi saran qaranlıq.
Düşünürəm belə bəzən, a dildar:Mən həmən ağacam, sən həmən bahar.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-men-hemen-agacam-sen-hemen-bahar
← → düymələri ilə keçid, R — təsadüfi şeir