Gül dəstəsi
Qara gözlü, qara qaşlı,Şirin dilli, gözəl pəri!Uzaqlardan gətirmişəmƏtir saçan bu gülləri.
Qar altından qaldıraraqBənövşələr öz başını,Gəldi mənim eyvanımaSalamlasın yoldaşını.
Nərgiz vida etdi səhərYaşıl Şirvan düzlərinə,O gəldi ki, bir də baxsınGülümsəyən gözlərinə.
İlk bahardan təravətliSən, ey ömrü bahar, gözəl!Gülür eşqin, səadətin,Gülür həyat, gülür əməl.
Mingəçevir təbrik üçünÇəmənlərdən gül dəribdir.Səadətdən, gələcəkdənSənə sovqat göndəribdir.
Qəbul elə, o şadlanıbSevinəcək, güləcəkdir.Mingəçevir yurdumuzda.Al şəfəqli gələcəkdir!
Al sevgilim, töhfəsini,Bahar təbrik edir səni.Gəl, qəbul et, özün kimiƏtir saçan gül dəstəni.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-gul-destesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə müddətdi ki, oğlan sevirdi qonşu qızı,Dünyalardan tuturdu üstün həmən bu qızı.
Dostun istəyiBir dost dedi dünən mənə:Şair ümman olum – deyir.
Sən, bu nisyandan çəkinDeyirlər mənə, Rahim,Məqsədə yetməyirsən.
Turac, kolluq, bağTikanlı kolları qoparır maşın,Dostum bu tədbirə baxır bir anlıq;
Başqa şairlərin şeirləri · Təbiət və bahar
"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,