Nə müddətdi ki, oğlan sevirdi qonşu qızı,Dünyalardan tuturdu üstün həmən bu qızı.Aça bilmirdi, lakin ona məhəbbətini,Könlündə gəzdirirdi qəmini, həsrətini.Qorxurdu, axı birdən qız hirslənər, inciyər.Onda qəzəb sözünü açıqdan-açıq deyər.Üz-üzə gəldi bir gün cavanlar bağçabağda.Oturdular yanaşı, gəzmədilər uzaqda.Oturdular mehriban səmimi insan kimi.Tökdü qız ortalığa söz adlı sərvətini,İstədi ki, çəkilsin həsrət bir duman kimi,Xəbər verdi utancaq oğlana rəğbətini.Oğlan heyran qalaraq bu cürətli əmələÇevrildi daş heykələ.Sonra özünə gəldi, düşündü yavaş-yavaş,Asta-asta söylədi: “Yer üzərində, ey kaşBaxtı belə gətirsin bütün sevişənlərin.Belə gəlsin iqbalı sevənlərin həmişə”.Üzləri oxşayanda əsən meh sərin-sərinOğlan döndü ilk dəfə alışan bir günəşə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri