Sənətkarındır
Qabağımda duran, a zalım naşı!Vurub sındırdığın bu qəbir daşıKeçən zəmanənin memarınındır.Kim sənə dedi ki, gəl onu sındır?Usta ki, qaşını günlərlə çatmış,Əmək sərf eləyib əsər yaratmış,Titrəyib üstündə fikri, əməli,Hər yaranan şeyin mənası vardır,Gələcək nəsilə bir yadigardır.Sındırmaq asandır, yaratmaq çətin,Sənət, mirasıdır əbədiyyətin.Baş daşı olsa da əsərdir bu da,Bir zalım, amansız, ağır vurğudaKim sənə söylədi, gəl onu sındır,Ona hörmət elə, sənətkarındır!Şuşa, 1939
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-senetkarindir
← → düymələri ilə keçid, R — təsadüfi şeir