Bax, o gözündə çeşmək, əlində qalın əsa,Beli bir qədər bükük,İllərin ağırlığı çiyinlərində bir yük,Asta-asta harasaGedən möhtərəm qoca,Sükuta həmdəm qocaBir zamanlar alışdı mehrabında sənətin,Şərəfli bir yolçusu oldu əbədiyyətin.Ağızlarda dolaşdı, gəzdi şanı, şöhrəti,El içində çoxaldı günü-gündən hörməti.Sənətin aşiqləri üstünə ətək-ətəkSəpdi əlvan gül-çiçək.Bəs nə üçün indi o, hər şeyə biganədir?Bunun illəti nədir?Nə vaxtdır gözlərində hər şey donub buz olub,Elə bil ki, əzəldən dünya uğursuz olub.Almış onu qoynuna biganəlik dünyası,Gözlərində qalmayıb şan-şöhrətin mənası.Yollanır ağır-ağır,Dərdi-səri yoxsa da gözlərindən qəm yağır.Gedir, elə bil deyir qocalıq qansız olur,O çox amansız olur, o, çox amansız olur...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar