Deyirlər: baqidir hər şey cahandan,Qayıdır aləmə dünyadan köçən.Buludlar ki, gəzir göy asimandaÇox onu görmüsən bir çay kimi sən.

Dəyişir hər zərrə öz surətini,Bu günkü bir tikan sabah lalədir.Dünyanın dansan da bu hikmətini,Bu gün yaxan alov, sabah jalədir.

Demək, xəzəl olsan bir yarpaq kimi,Dönərsən ağ daşa, gövhər olarsan.Sənin dayağın var bu torpaq kimi,Baharda bir şirin bəhər olarsan.

Gül kimi açarsan, qoparar əllərTaxar öz döşünə səni gözəllər.Nazənin qızları oxşarsan o dəm,Deməli, yaşarsan durduqca aləm!

Mən də köçsəm əgər bir səhər çağı,Yenə gəzəcəyəm ana torpağı.Verərəm bülbülə o gün yerimi,Nəğməsi eylərəm şeirlərimi.

Quşlar oxuyanda gül budağındaDinləyər insanlar öz otağında.Bu dünya durduqca, deməli, sağam,Mən yenə ömr edib yaşayacağam!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar