Alim Şamonun əzizxatirəsinə ithaf edirəm.

Əsir zəhərli yel çiçəyə, gülə;Nərgizi, laləni ruzgar aparır.Əcəl oylağıma çıxmışdır ova,Yuvamı dağıdır, şikar aparır.

Soldu, xəzəl oldu ətirli gülüm;Dağ üstən dağ görüb bəlalı könlüm.Haray, a dostlarım, bu namərd ölümÖmür çəmənimdən bahar aparır.

Yoxdur olacağa dünyada çara,Azmı ürəklərə vurulur yara?Süleyman, bərk dayan, şaxta bağlaraGələndə çox zaman nə var aparır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar