Ağacların şikayəti
Mən dolanıb yorğun-arğınSeyr etdiyim yaşıl bağdır;Vətən mülkü, Vətən yurduYaralanmış bir torpaqdır.Mərmi vurub ağaclarıBöyrü üstə yıxmış yana;Şax budaqlar yerə sarıƏyilmişdir yana-yana.Bir ağacın böyründə varXeyli yekə bir çarpara;Vahiməli ağır toplarBudaqlara vurmuş yara.Şaxlar görüb qiyaməti,Lakin yenə yarpaq verib;Bağa həyat əlamətiMehribanım, torpaq veribGəz aləmi qarış-qarış,Nəzər yetir qədəm-qədəm,Dünya qərar tutan gündənPəncələşir həyat, ədəm.Budur, baxın, seyrə varınBağın viran bir halı var.Lakin sınıq ağaclarınBudağında albalı var.Daldım yaşıl budaqlara,İpək ruhlu yarpaqlara;Süzdüm bağrı yarıq-yarıqBar gətirən albalını,Açdı mənə dərdli ağac
Viran bağın məlalını:“Köçdü həmdəm, dost yoxaldı,Nə bir yoldaş, nə yar qalıb;Dünənki şad bir eyvandanBu gün uçuq divar qalıb;Bir zamanlar bu eyvandaQuşlar yuva qurardılar;Ətrafında göyərçinlərUçub dövrə vurardılar.Sarı saçlı bir gözəl dəSığal verib tellərinə,Vurulmuşdu gənc yaşındaEşqin əlvan güllərinə.Üç il var ki, bu yerlərdənO dildarı qopardılar;Saçlarından sürükləyibUzaqlara apardılar...Cəsur oğlan, igid əsgər,Qayıtmasa o qız geri,İnsan deyil, quşlar beləTərk eyləyər bu yerləri;Qayıtmasa o qız iləAydan-aya, ildən-iləBu gördüyün bağ solacaqÇarparalar qurutmayanBarlı bağlar xar olacaq...”Ürəyimə dağlar çəkdiYaşıl bağın fəlakəti;Alışdırdı varlığımıAğacların şikayəti.Tez götürüb yarağımı,Asta basıb ayağımıYerin dərdli sinəsinə,Ağacların qəm səsinəTab etməyib, tərk elədimSığındığım sərin yeri.İndi uzaq ölkələriDolanıram əldə yaraq,Səhər-axşam edib soraqAxtarıram o dilbəri.Əsirələr dönür geri,Yollar boyu gördükcə mən,Yurda dönən dəstələrdənSoruşuram o afəti.Məni rahat buraxmayırAğacların şikayəti.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-agaclarin-sikayeti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaylaq şeriSəni düşünürəm, sevimli dilbər,
Qara rəng və qara gözlərBizim ellər sevməmiş əzəl gündən qaranı,Vurmuşlar bu rəng ilə həmişəlik aranı.
Gəl, gözümün işığıDemişdin: “gələrəm, yar düşən zaman qaranlıq”,Quşlar öz yuvasına döndü, niyə gəlmədin?
Deyə bilmirəmDeyirəm ki, səni gördüyüm zamanÜstünə gül-çiçək səpəcəyəm mən.
Başqa şairlərin şeirləri
Yetişdi cana konul, ey nigar, rəhm eylə,Qalıb yolunda gozum intizar, rəhm eylə!
Cana, bu nə cadudur, qaşu göz arasındaCana, bu nə cadudur, qaşu göz arasında,Nitqim tutulur görcək hərdəm, soz arasında.
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.