Bu dünyada sevməyənlər ölüdür,Çox şirindir əhdi-peyman sevgilim!Eşq insanın həyatının gülüdür,Ətir saçar zaman-zaman, sevgilim!

Mən uğrunda vuruşlara girmişəm,Çox dəhşətlər, çox tufanlar görmüşəm,Eşqim üçün imtahanlar vermişəm,Söyləmişəm keçər hicran, sevgilim!

Tərlanıyam ətir saçan düzlərin,Aşiqiyəm təravətli sözlərin,Xatirimdən çıxmaz qara gözlərin,Şirin cana canım qurban, sevgilim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq