Mən istərəm şerimin təravəti duyulsunBağçaların, bağların çiçəyində, gülündə.

Mən istərəm sezilsin cəh-cəhim bahar çağıSevdalı bülbüllərin vəsətində, zilində.

Gəlsin əksi-sədası yazdığım nəğmələrinVətənin bu çağlayan gur çayında, selində.

Gecələr çıraq kimi alışsın misralarımKolxozçu qardaşımın aynabənd mənzilində.

Əks eləyim eşqini mehriban insanlarınSədəfli rübabımın könül açan telində.

Xatırlasın gələcək nəsillər məni daimXəzərin bu çıraqban, sevdalı sahilində.

Bir iftixar duyaraq, bəxtəvər dünyamızdanBu şövq ilə yazıram Azərbaycan dilində.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar