Mən uşaqkən ulduzları seyr etməyi sevərdim,Təfəkkürün dünyasında yol getməyi sevərdim.Nə zaman ki, ay doğaraq yerə şölə saçardı,Nənəm baxıb asimandan şirin söhbət açardı.O deyərdi: “Bu ağaran – hacıların yoludur;Yeddi qardaş, ulduzların hamısından uludur”.O deyərdi: “Ulduzların bir çoxunun adı var,İnsanların taleyidir, göy üzündə parıldar.Günəş kimi şölə saçan parlaq olan bu ülkər,Padşahındır, əzəmətlə yer üzünə nur çilər”.Sonra başqa sitarəyə cəlb eləyib diqqəti,Söyləyərdi: “Boldur onun sahibinin dövləti”.O, deyərdi: “Bu ulduz ki, sanki indi sönəcək,Yazıq, yoxsul bir kimsənin iqbalıdır yanır tək”.Nənəm söhbət eləyərdi, göyə xeyli baxardı,Bəzən süzüb yer üzünə bir ulduz da axardı.Nənəm çatıb qaşlarını söyləyərdi bu zaman:– Demək, köçüb dünyamızdan getdi yenə bir insan.Sonra mənə “yat” deyərdi, mən yumardım gözümü,Ulduzların dünyasında zənn edərdim özümü.Gəzdirərdi qanadında məni zərli mələklər;Açılardı qabağımda varlığilə fələklər...İllər keçdi karvan kimi, çatdım boya-başa mən,Bir gün süzdü nənəmin də ulduzu göy üzündən.İpək ruhlu bir insanı tapşırdılar torpağa,Ömür bənzər budağından düşən sarı yarpağa.Nənəm getdi... Dedikləri bəzən düşür yadıma,Yanır, demək bir ulduz da göydə mənim adıma?Yanır, lakin bir gün o da sakit süzüb axacaq.Bəlkə onda bir nənə də göy üzünə baxacaq,Söyləyəcək nəvəsinə həzin-həzin o zaman:– Demək, köçüb dünyamızdan getdi yenə bir insan.Vay o kəsə, asimandan çəkiləndə ülkəri,Yer üzündə yaşamayır nə işi, nə əsəri,

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri