Ceyran
Gözəllər gözəli görmək istəsənBizim Muğana gəl, ara ceyranı.Canımdan çox əziz bilmişəm hər vaxtO şəhla gözləri qara ceyranı.
Deyirlər indi o, Muğandan köçür,Gözləri qan yaşlı İrana keçir,Görən harda yatır, harda su içirOvçu gətirəli zara ceyranı?
O, tərk olsa əgər azər elindən,Sənə lənət yağar şair dilindən.Bir xata çıxmasın ovçu əlindən,Amandı salma gəl dara ceyranı.
Boylanır quzusu baxır hər yana,Nişana alma gəl, odlanar ana.O ki, yaraşıqdır Azərbaycana,Didərgin salırsan hara ceyranı?
Ceyransız Muğanın gözləri dolar,Ətrini saçmamış çiçəklər solar.Öldürsə, Rahimə ağır dərd olarOvçunun vurduğu yara, ceyranı...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-ceyran
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Maşınlarla keçirik biz Samux meşəsindən,Burda qulaq tutulur motorların səsindən.
Kür salındı kəməndəEy beş il bundan qabaq gördüyüm gülər üzlü,Şirin söhbətli, sözlü
Xalçaçı qızBizim təbrizli qızlar,Nəzərdən gizli qızlar,
Bənnanın arzusuBənna qoyduqca evin daş üstünə daşını,Hay verir çağrışına cavan, qoca əmələ.