Sən əlac eləyirsən gözlərimə, ey həkim!Nə olar bir qulaq as sözlərimə, ey həkim!Heç zaman, bir kimsəyə belə yalvarmadım mən,Deyirlər Mələkxanım gedir daha əlimdən.Onsuz bu dünya mənə qatı zülmət gecədir.Burax gedim, baş çəkim, görüm halı necədir?Onsuz mənə, ey həkim, əlac, şəfa nə gərək.Dünyanı tərk eləyib gedəsidirsə Mələk,İtirirəmsə əgər o səmimi xilqətiGörməyimin qalmayır daha bir məziyyəti.Qoy kor olum, qalım qoy dünya üzünə həsrət.Gərək deyildir onsuz mənə bir naz-nemət.Öz dərdimi yadımdan çıxarmışam, ey həkim!Qoy həyat loğmanına gedim bir yol baş çəkim...20 May 1964

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri