Zəfər təranəsi
Qabaqcıl pambıqçılarımıza ithaf edirəm.
Qalxdıqca pərdə-pərdəGülüşünüz göylərə,Yayıldıqca hər yerəQuşlar qonub köbərdə,Ötməyib, sizi dinlər;A qızlar, a gəlinlərYenə zəfər çaldınız,Şərəfli ad aldınız.
Siz ey tarlalar boyuÇalışan qızlarımız!Ürəkləri sevgidənAlışan qızlarımız!Dastan yaratmasam daMən şərəfli əməkdən,Əl çəkməyirəm ancaqSizə nəğmə deməkdən.Bahar olsun, qış olsunVurğunsunuz zəhmətə.İftixarla deyirəm:Layiqsiniz hörmətə.Pambığınız dağ kimi,Həvəsiniz, eşqinizÇağlayan bulaq kimiA qızlar, a gəlinlərVerin yenə səs-səsə.Mən heyranam sizdəkiBu eşqə, bu həvəsə.Dinləmişəm, şeirdirSözünüz, söhbətiniz.Yurdumuzu ucaldırSizin də zəhmətiniz...
Ey hələ coşmadığım,Gücündən, hünərindənDastanlar qoşmadığımAlnı açıq cavanlar!Şərəfli qəhrəmanlar!Qoy çapsın tarlalardaYenə polad atınız!Şairə ilham verir,Ruh verir həyatınız.Bu gün el bayramıdır,Məclisləri dolaşanFərəh, şadlıq camıdır.Şən görmək istəyirəmYer üzündə hamını.Təbrik edim şeirləSevimli bayramını.Ey sadə qəhrəmanlar,Hünəriniz var olsun!Ağ günlərə yol açanZəfəriniz var olsun!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-zefer-teranesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir