Bir yoxsul kəndlinin daxmasında sən,Deyirlər dünyaya açdın gözünü;Ellərin başının üstündən əsənAcılar, qayğılar öpdü üzünü.Ömrünün yarısı dağlarda keçdi,Yoldaşın vəfalı bir sədəfli saz.Hər keçən bağından bir lalə seçdi,Qışdan ayrılmadı gözlərində yaz.Elin xeyirində, elin şərində,Hamıdan sən qabaq güldün, ağladın.Sədəfli sazının şux tellərindəGələcək günlərə ümid bağladın.Əlindən aldılar sevdiyin yarı,Sənə toy gecəsi saz çaldırdılar.Çoxaldı qəlbinin dərdi, qubarıGetmə, getmə, – dedin – könlüm gözüm yar.Axundlar, mollalar, hazıryeyənlər,Sazının səsinə haram deyənlərSaldılar ömrünü bir zaman dara;Sən çıxıb gizlicə bəzən dağlaraÖtən durnalara ağılar dedin.Sonalar aynası gölə bənzədin...Gözündə eylədi dünyanı zindanEllərin düşməni Tovuz bəyləri,Sənə öz yurdundan, öz bəyazındanAncaq ayırdılar bir qəbir yeri.Ömrünün nə qərib macərası var;Ay aşıq, bir səhər atlı kazaklarYeriyib gülləyə basanda kəndi,Göyün ildırımı üstünə endi,Dedin: “Qisas alım mən də qanlıdan”Çıxdın atışmağa Bozalqanlıdan;Bir çiynində tüfəng, bir çiynində saz,Adın qaçaq oldu, üç payız, üç yaz...Bir səhər qolları bağlı görüldün,Uzaq ölkələrə o gün sürüldün.Yadında varmıdır, qürbətdə bəzənSevgilin gözündə canlananda, sənBasardın döşünə sədəfli sazı,Bir gül yetirmədən ömrünün yazı.Desəm keçmişini kitab bağlanar,Qoy tarix eləsin tutduğundan ar!Sən bu gün də elin içində varsan;Səsinlə, sazınla işə yararsan.Bayram zamanları, bəzən tarladaKeçən zamanları salmayıb yadaBasırsan döşünə qotazlı sazı,Bir gül itirməyir ömrünün yazı.Sən indi bizlərə gözəl həyatdan,Bəxtiyar dünyadan, xoş kainatdanOxuyub deyirsən qoşayarpağı.Nələr yetirməyir Qafqaz torpağı!?Səsin ölkəmizə bəzək, yaraşıq,Adına deyirlər: kolxozçu aşıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən