O qədər xoş keçir bu şirin həyat,Yaşamaq dad verir gözəl dünyada.Ki, zaman dediyin yel gedişli at,Ölümü salmayır, bir dəfə yada...Lakin saçlarımın tək-tük ağınaBaxanda, nədənsə göz qabağınaGəlir zaman olur altmış beş yaşım.Saçları qar kimi həyat yoldaşım,Kiçik nəvəsinə nağıl deyəndə,Gəlinim bir təzə paltar geyəndə,Hazırlıq görəndə qonaq getməyə,Mən: “Əhvalım bir az pozulur” deyəYumşaq yatağıma uzanacağam.Mən də bir insanam, sanmayın dağam;Belə bir zamanda, belə bir anda,Gözümün önündə, nurlu cahandaHər şey qaralacaq axşamlar kimi,Otağım zülmətə dönəcək mənim;Əriyib süzülən ağ şamlar kimi,Gözlərim süzülüb sönəcək mənim;Qadınım gözümü bağlayacaqdır,Baxıb ağlayacaq, ağlayacaqdır.Başımın üstündə lalə bənizli, –Sevdiyim mehriban, mühəndis qızım,O dilbər günəşim, parlaq ulduzumYaşlar axıdacaq hey gizli-gizli.Bu, bir ailənin son hörmətidir,Övladın ataya məhəbbətidir.Söyləyib: “İnsanın bumudur sonu?!”Qolunun üstünə alıb oğlunuÇıxacaq İldırım dərhal otaqdan!Baxacaq gəlinim səssiz uzaqdan.Şair yoldaşlarım şeir yazacaq,Əklil gətirəcək dostlar adıma.Məzarçı qəbrimi dərin qazacaq,Baxmadan işimə, istedadıma...Torpaq öz oğlunu əməlli saxlar,Məni o gün belə basdıracaqlar...Dolanacaq aylar, keçəcək illər,Daha xoş sürəcək ömrünü ellər.Cahan parlayacaq çilçıraq kimi,Qəbrimin dövrəsi bağça-bağ kimiQönçələr verəcək, güllər açacaq.Keçərkən yanımdan o zaman ancaqÖlkənin gəlini, ölkənin oğluBaxıb düşünəcək bəlkə, bir zaman:“İndi qəbri belə çiçəklənən buDaşları mamırlı bixəbər insan,Şeirlər yazardı əbədiyyətdən;

Azad insanlıqdan, azad sənətdən.Qəlbini köklərdi simli tar kim,Könül hisslərini bir nübar kimiSevinib xalqına sovqat verərdi,Hər sözə quş kimi qanad verərdi.O deyildi elin nə ilk şairi,Nə də son şairi bu məmləkətin.Bir sayıq əsgəri hissin, sənətinGözəl yurdumuzun lirik şairiBizim M.Rahimin məzarıdır bu”.Deyib yollanacaq evinə doğru...Mələk! Ey ömrümün nurlu çırağı,Səni məhv etməsin bu hicran dağı,Burax ağlamağı o gün bir yana.Ölərkən dünyada bir iz qoyanaEllər yaxşı deyir, ölüm-itim yox,Nə yas tut o zaman, nə də ağla çox.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm