Gözlərimin nuru, qoçaq döyüşçü!Vətənin qüruru, qoçaq döyüşçü!Yağdır odlar saçan gülləni, yağdır,De ki, yer üzündə qalmayacaqdırAzad yurdumuza göz dikən yağı!Gözümün qarası, gözümün ağı,Pulemyot dalına keçdiyin zaman,Düşməni ot kimi biçdiyin zaman.Deyir ana Vətən: – Əlin var olsun,Şöhrətin dillərdə bir şüar olsun!Canavar dediyin doludan qaçar,Çıxar cığırından, yolundan qaçar.Səninlə vuruşmaq asan deyildir,Vur! Ölən faşistdir, insan deyildir!Yağdır, dolu kimi gülləni yağdır,De ki, yer üzündə qalmayacaqdırFaşist dünyasının yalquzaqları;Çevirərkən düzə tankın dağları,Gah sağ tərəfdən vur, gah sol tərəfdən,Qoyma ki, yayınsın güllən hədəfdən.Vur, faşist səngəri qəbirə dönsün!Deşilmiş bədəni xəlbirə dönsün!Yağdır güllələri gur yağış kimi,Vur, gəlsin baharı ağır qış kimi!Hər yandan üstünə əs düşmənlərin,Qıy vurub yolunu kəs düşmənlərin,Şərəf bizimkidir, bizimlədir haqq;Vur, şanlı yurdumla üz-üzə durmaqGörsün ki, o qədər asan deyildir,Vur! Ölən faşistdir, insan deyildir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən