Ay qarabuğdayı qız
Mən bir kənd müəllimi,Sən də bir kolxozçu qız.Günəş kimi nur saçırİqbalımız, baxtımız.
Bu gün səhər düşündüm,Gedib dərin xəyala:Nə xəncərdir qaşların,Nə gözlərin piyala.
Nə duruşundan gözəlTərlana oxşayırsan,Nə də ki, yerişindənCeyrana oxşayırsan.
Soruşsalar niyə bəsMən sənə vurulmuşam.Eşqin asimanındaQanad çalan bir quşam?
Deyim ki, şux sevgilimİpəklərdən incədir?Şəkər kimi, bal kimi,Qənd kimi şirincədir.
Yox, səni oxşatmayımNə şəkərə, nə bala,Nə tərlana, turaca,Nə ceyrana, marala.
Sən bahar həyatımdaÇiçəklənən əməlsən,Sadəcə varlığınlaGözəllərdən gözəlsən.
Günəş batan zamanlarÇıxıram yol üstünə.Səni gördüyüm anlarDünya verilir mənə.
Bizim pambıq çölləriYavıqdır xeyli kəndə.Mənə uzaq görünürYolunu gözləyəndə.
Eşqə düşən könlümüEləmisən qərarsız,Mən səni çox sevirəm,Ay qarabuğdayı qız!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-ay-qarabugdayi-qiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Doğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Qoymadi rahət olum bir dəm dili-şeyda məniQoymadi rahət olum bir dəm dili-şeyda məni,Eytədi axir fəzayä-eşqdə rüsva məni.
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Aç qara zülfünü ta səfheyi-rusxarı tulaAç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.