Ağ buludlar,dağ buludlar,Ay qalaq-qalaq buludlar,Bir an uzaq getməyiniz.Füzulinin sözü vardır,Bağdadı tərk etməyiniz.Deyirlər ki, ta əzəldənTükənməzdir qüdrətiniz;Azadsınız asimanda,Gəzir dildə şöhrətiniz.Yox, mən sizə bənzətmərəmƏsla şair xəyalımı?Daşıyıram öz qəlbimdəDağdan ağır məlalımı.Siz tufana tabe olubQorxursunuz, hürkürsünüz.Başınızda göy gurlasaGöz yaşları tökürsünüz.Mənsə min yol rast gəlmişəmQasırğalı tufanlara.Baş eymədim şimşəklərdənQorxunc olan sultanlara.Xeyli qadir yaratmışdırGuya çərxi-fələk sizi;İstədiyi səmtə qovur,Mən görürəm, külək sizi,Yox, yox, azad deyilsiniz,Zərbə vurur ruzgar sizə.Mən göylərin qucağındaAd verirəm qubar sizə.Mən həsrətəm azadlığa.Ancaq bilin, səhv etmərəm,Ay buludlar, mən özümüƏsla sizə bənzətmərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri