Qara daşın həsrəti
Bir qara daş vardı yol qırağındaİlin qış çağında, bahar çağındaOnu gah döyərdi acı küləklər,Açardı yanında gah da çiçəklər.Nə dərdi, həsrəti, nə qəmi vardı,Olduqca sadə bir görkəmi vardı...Günlərin birində bir varlı tacir,Əzəmətli, cavan, vüqarlı tacir,Bu yol kənarından edirdi səfər;Lökləyib gedirdi ağır dəvələr.Bir dəvənin yükü çökürdü yana,Əziyyət verirdi çuval heyvana.Sağ tərəf ağırdı solundan bir az,Sariban tayları etməkçün tarazYolun üstündəki bu daşı aldı,Tez yüngül çuvalın gözünə saldı.Qara daş beləcə gözləri yaşlı,Ürəyi qüssəli, qəlbi təlaşlı,Günlərlə yol gedib düşdü uzağa,Görüb bilmədiyi özgə torpağa.Orda ki, dəvələr qərar tutdular,Yenə qara daşı yerə atdılar.Tutuldu varlığı dərdə, möhnətə,Qan ağlar, düşərsə hər kim qürbətə...O zamandan keçir həftələr, aylar...
Dolur, həm boşalır karvansaraylar.Təbiət gəlin tək əlvan geyəndə,Quşlar Şura gəlib nəğmə deyəndə,Qalxıb çıxır yola yüklü dəvələr,Lakin qara daşa salmayır nəzər,Etina etməyir heç bir sariban;Yazıq qara daşın bağrı laxta qan,Qəlbində yurduna dərin məhəbbət,Baxır uzaqlara hey həsrət-həsrət;Baxır hər səfərə gedən karvana,Düşünür qara daş gəlib həycana:– Görəsən kim yenə alacaq məni,Doğma torpağıma salacaq məni?
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-qara-dasin-hesreti
← → düymələri ilə keçid, R — təsadüfi şeir