Dolaşır dünyanı şərəfin, şöhrətin,Tükənmək bilməyir yeraltı sərvətin.Dostluğun ən gözəl mənası səndədir.Sarsılmaz qardaşlıq dünyası səndədir.

Buruqlar sırayla uzanır Xəzərdə,Elə bil meşələr canlanır nəzərdə.Sevimli binalar, küçələr səndədir,İşıqlı səhərlər, gecələr səndədir.Ey mənim mehriban şadxəbər şəhərim,Səadət yolçusu bəxtəvər şəhərim.

Yamyaşıl parkların al-əlvan çiçəkdir,Şöhrətin əməkdir, zinətin əməkdir.Fərəhlə boy atıb qanadlan hünərlə,Açırsan səhəri gündə bir zəfərlə.

Ey mənim mehriban şadxəbər şəhərim,Səadət yolçusu bəxtəvər şəhərim.

Can Bakı! Nə qədər qəşəngsən, gözəlsən,Şərq üçün əbədi sönməyən məşəlsən.

Ey mənim mehriban, şadxəbər şəhərim,Ağ günlər yolçusu bəxtəvər şəhərim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri