Sevgi baxçasında yar gəzən yerinQızıl qönçəsinə xar dedi, getdi.Şirin ömür sürüb sevişənlərinQayğısı, hicranı var dedi, getdi.

Əlində ağlayan bir dərdli sazdı,O göylər şairi yerə sığmazdı.Nadir inci kimi şeirlər yazdı,Saraylar gözümdə tar dedi, getdi.

Füzuli aşiqdi bir şux gözələ;Dərdini söylərdi şerə, qəzələ.Ömrünün baxçası döndü xəzələBiinsaf, bivəfa yar dedi, getdi.

Füzuli kamına qəlbən irmədi,Sevdiyi telləri öpüb, hörmədi.Yazıq ki, dövrandan bir gün görmədi,“Bu aləm ruhuma dar” dedi, getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq