Olmasa
Düşməzdi pərvanə bu qədər diləƏgər aramızda nisbət olmasa.Möhnət əridərdi məni şam kimiŞirin xəyalınla söhbət olmasa.
Sən bir nazəndəsən ipəkdən təmiz,Mənalı sözlərin sakit bir dəniz,Mən səni tutmazdım canımdan əzizSadəlik hüsnünə zinət olmasa.
Çoxdan eşqindəyəm, ey pericəmal!Mən səni hər zaman etmişəm xəyal;Şirin olardımı bu qədər vüsalAyrılıq olmasa, həsrət olmasa?
Ey söhbəti şirin, sözü məzəli!Rahimin gül açıb eşqi, əməli,Gəl, dönüm başına, ellər gözəli;Eşqin nə mənası, hörmət olmasa...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-olmasa
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
(Bir məktuba cavab)Elə demə, qan ağlaram, sevgilim,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Dinlədi harda könül yarımızın söhbətiniDinlədi harda könül yarımızın söhbətini,Əl atıb cırdı həmən paltarını, xələtini.