Yar cövri-cəfanı artırır nədənGördükcə bu qədər mehriban məni?Axıdır qanımı, qorxu bilməyir,Deməyir ki, tutar nahaq qan məni.

Mən onu eşqimin sultanı sandım,Pərvanə tək hüsnün oduna yandım,Gecəli, gündüzlü mən onu andım,O, qoydu hər zaman nigaran məni.

Bir deyən olmadı zülmünü az et!Köçərəm dünyadan qalarsan həsrət.Mən ondan gözlədim mehri-məhəbbət,Etdi qəm mülkünə o, sultan məni.

Gətirir başıma yar qiyaməti,Rahimin hər dərdə var dəyanəti.Barı başa salın siz o afəti:Yetirməz bir daha bu dövran məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq