Nə üçün bilməyirəm məndən üz döndərmisən?Unutsunmu deyirsən könlüm keçən günləri?!Rəfiqənlə bu səhər sifariş göndərmisən:“Yazdığım məktubları, əksimi qaytar geri”.

Deyirsən ki: “Mən yoxam səndən ötrü həyatda,Biz əməkdaşıq artıq iş vaxtı, iş zamanı”.Sən şöbə rəhbərimsən mənim istehsalatda,Bəs ordakı zabitən, polad iradən hanı?

Nədir səhvim, taqsırım, gəl açıq söhbət elə!Əgər günahkaramsa, nə olar, töhmət elə!Sən ki, deyilsən keçən zamanın qız uşağı,Burax, burax, əzizim, bu yaramaz şıltağı.

Məktuba qalsa hərgah, əksinə qalsa əgər,O bir parça kağızdır, bu da sadəcə surət,Ürəklərdə olmasa eşqin odundan əsər,Nə şəkil, nə də məktub yaratmaz bir məhəbbət.

Deyirsən məktubunu, əksini verim geri.Neyləyim deməyirsən şirin keçən dəmləri:Təbəssümlər, mehriban baxışlar, uzun gecəSahil gəzintiləri, payız fəsli gəlincəBağda keçirdiyimiz saatları neyləyim?Əziz günlərimizlə necə rəftar eləyim?Deyirsən məktubunu, əksini verim geri,Neyləyim deməyirsən şirin xatirələri?Deyirsən ki, qaytarım məktubla, surətini,Neyləyim – deməyirsən şirin məhəbbətini.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri