Mən görməmişdim səni uşaqlıq zamanındaAğların pəncəsində ömrün dara düşəndə.Cavanlıq illərində olmasam da yanındaMehriban dostlar kimi əl verdik görüşəndə.

Moskvada keçən il etdilər tanış biziAleksandr Puşkinin təntənə gecəsində.Mübariz insanların duydum iradəsiniSənin əzəmət dolu o mərdanə səsində.

Moskvada – əməllər, arzular şəhərində,Mənim zənci qardaşım, beş-on gün şad oxudun.Sülhün istinadgahı o bahar şəhərindəBöhtandan, iftiradan, qəmdən azad oxudun.

Bir gün qayıtdın geri, ümmanlardan uzağa,Döndüm Azərbaycana, mən də odlar elinə.Sən geri qayıdanda o bəlalı torpağa,Yenə qıfıl vurdular ağ adamlar dilinə.

Eşitmişəm yamandır bu günlər vəziyyətin;Acından ölməməkçün öz evini satırsan.Əsarətə salınmış eşqin, duyğun, sənətin,Göyərçin gülüşlərin uçmuşdur dodağından.

Bilirəm, Amerikada bu gün yamandır halın,Həyat nəğmələrini qandallayırlar sənin.Əmr edib qanlı polis – cəlladı istiqbalın,Atdığı addımları hətta sayırlar sənin.

Keçdin hansı döngədən, hansı binaya girdin,Neçə yol qəmlənmisən, neçə dəfə gülmüsən,Kimlərə mehribansan, kimlərdən üz çevirdin,Kiminlə son loxmanı məhəbbətlə bölmüsən, –Xəfiyyələr dəftərə qeyd eləyir xəlvəti,Cinayət hərisləri sevirlər bu “xidməti”.Sən, xəstə bir zəncinin daxmasına gəlməmişPolisə bildirirlər telefonla yerini.Ağalar xəyalında asır qeyz ilə dardanSəadətə çağıran döyüş nəğmələrini.

Tutdururlar gülləyə sənin odlu sözünü,İyirmi addım kənar “azadlıq heykəli”ndən.Bəlkə sabah zindana salacaqlar özünü,Bəlkə sabah yırtıcı bir xainin əlindənSən də zərbə alarsan əziz Tolyatti kimi.Deyirsən ki: “Nə vardır şanlı, şərəfli olsunMeydanda həlak olan əsgər həyatı kimi”.

Deyirsən ki: “Bilirəm vurdular Tokudanı,Qanına qərq elədi Juleni xain əllər;Sülhün əsgərlərinin tökülsə də al qanıBoğulmayacaq azad düşüncələr, əməllər”.

Tanıyıram mən səni, sülhün dönməz saldatı!Sarsıtmaz iradəni ağ evin zindanları.Sən görmək istəyirsən azad bu kainatı,Tükənməz bir eşq ilə sevirsən insanları.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri