Azərbaycan qadını
Mən səni ilham alıb təsvir etmədim ancaqZil-qara xallılar tək;Səndən söhbət açmışam, fərəhlənib coşaraq,Dərya kamallılar tək.Yazmışam tükənməyən mənəvi sərvətini,Bizim gözəl cahanda,Sənin eyni zamandaTərənnüm eləmişəm şanını, şöhrətini.Tarlada iş başında səhərlər görünəndə,Axşam evə dönəndəGözümdə bayraq kimi göylərə ucalmısan.Ağlın, fərasətinlə könülləri almısan.A mehriban qələmqaş, a gözləri badamı,Yaradan insanların yanında hörmətin var.Sən ecazlar törədən şərəfli elm adamı,Buruqlarda mühəndis, masa dalında memar.Rəssamsan, bəstəkarsan.Bütün cəbhələr boyu bizimlə sən də varsan.İşıqlar yandırmısan mehrabında zəhmətin.Həyat verir insana qayğın, mehrin, şəfqətin.Sən misilsiz oxuyan,Gözəl xalı toxuyan,Həkim, şəfqət bacısı,Tanışındır dünyanın şirinliyi, acısı.Sən, ali məclisimdə mötəbər deputatsan,Unudulmaz həyatsan.Ey ana,ey mehriban,sevimli,gözəl qadınQəlbimin lövhəsində başda yazılıb adın.Müqəddəsdir muradın, məhəbbətin təmizdir.Vətən eşqin, qüdrətin tükənməz bir dənizdir.El uğrunda oğul tək əllərində avtomatDöyüşlərdə olmusan, al qanından keçmisən,
Gülsün deyə kainatHəyatın keşməkeşli tufanından keçmisən.Əməllər dünyasından indi gül dərə-dərə,Al şəfəqlər saçırsan günaydın səhərlərə.Zəfər dastanlarıdır nəcib-nəcib işlərin.Ən gözəl bir nəğmədir mənalı gülüşlərin.Mən sənin incə ruhlu olduğunu yazmışam,Tərənnüm eləmişəm beşik başında axşamSəni layla deyəndə.Baxtın əlvan geyəndə.Yazmışam çeşmə kimi təmiz məhəbbətini.Azərbaycan gözəli yazmışam ismətini.Sənsiz ömür sürənin sinəsi dağlı olar,Üzünə səadətin qapısı bağlı olar...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-azerbaycan-qadini
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!