Deyirlər, azad olmuş zindandan Nazim Hikmət,Deyirlər, ağuşunu açmış ona təbiət.Deyirlər ki, qolları qandalaqlı deyildir,Üzünə dəmir qapı daha bağlı deyildir.Düzdür, onu qaranlıq kameradan aldılar,Lakin daha qorxulu bir zindana saldılar.Barmaqlığın dalında dustaq tək dolanmayır,Şair azadlıq deyə məgər daha yanmayır?Ona deyirlər ki, sən müti ol yalçın kimi,Parlaq xəncərə dönmə, kəsərsiz ol qın kimi.Deyirlər, Koreyada batsa da bir ordumuz,Deyirlər, yad ellərə satılsa da yurdumuz,Küçələrdə ölsə də hər gün İzmir acları,Gözlərini dəlsə də qanlı dar ağacları,Görmə bunu, gəl burax azad fikirləşməyi;Gözünə zinət olsun Açessonun çeşməyi.Sən şairsən, deyirlər, gözəlləri tərif et,Qəmlənmə, yaman günə qalırsa da məmləkət!Yaz ulduzlu gecədən, Adaların gülündən,Nəyinə gərəkdir el qıfıllanmış dilindən?Gələcək ağ günləri çağırma əl eləyib,Azadlığı özünə şanlı əməl eləyibYurdunu iqbalını qucaqlama, deyirlər,Türkiyənin halına sən ağlama, deyirlər.Yarıb suları keçsin Bosforun boğazındanAmerika gəmisi gündə üç yol azından.Sən bunu görmə əsla, seçmə ağdan qaranı;Nə borcundur, satırıq yadlara Ankaranı?Paslı zəncir kəssə də türklərin əllərini,Fikir vermə, yaz ancaq Turan əməllərini;Şairsən, gözəllərin yaz gözündən, qaşından,Nələr gəlib keçəcək Türkiyənin başından –Maraqlanma...Duyuram, yazıq dostum, halını.Xəlvəti öldürənlər Sabahəddin Alini

Sənə düşünmə deyir, sənə görmə deyirlər.Şerinlə öz yurduna çələng hörmə deyirlər...Əldən-ələ satılır Türkiyənin oymağı,Sənə yasaq edirlər öz xalqını duymağı.Bu gündə görməməkçün əziz Anadolunu,Bəlkə başqa bir elə salardın öz yolunu.Bu da mümkün deyildir! Bəhanə çoxdur, əlbət,Deyirlər boynunda var sənin əsgəri xidmət;Yalandır, əllərinə verərlərmi avtomat,Dəyişsin deyə bir gün nifrət etdiyin həyat,Çıxsın deyə ağ günə gözəl ana TürkiyənYaylımdan keçirərsən bütün ağaları sən.Deyirlər azad olmuş zindandan Nazim Hikmət,Nə dəhşətdir bilsəniz azadlıqda əsarət?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən