Getsən bağdan əgərGüllər boynun əyər,Bülbül qan-yaş tökər.Ağzı, dili şəkər –Allı-güllü Leyla,Şirin dilli Leyla!

Dedim adın ceyran,Ceyran sənə heyran.Ətri bağda, canan,Alır səndən reyhanAllı-güllü Leyla,Şirin dilli Leyla!

Qaşın, gözün qara,Çəkmə məni dara!Canım qurban yara,Allı-güllü Leyla,Şirin dilli Leyla!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar