Gördüm sizi yaşıl kollar içindəÇay dərəndə, sərvətiniz var olsun.Yurdumdakı mərd oğullar içindəAd-sanınız, şöhrətiniz var olsun.

Lənkəranın çay dərən şən qızları,Həsəd çəkir sizə göy ulduzları.Bu dünyada səadətdir payınız,Ətirlidir, çox gözəldir çayınız.

Axşamüstü eyvanımdan yarımlaSeyr edirəm, süzür göydə ulduz, ay;Baş-başayam şirin arzularımlaQabağımda var məxməri dəmli çay.

O kəslər ki, alnı açıq, üzü şənYurdumuzu laləzara döndərir,İftixarla öyünərək ürəkdənBu nəğməylə sizə salam göndərir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən