Pəncərədən boylanır ay,Təbiətə işıq saçır.Səndən əvvəl ürəyimiSənsizliyin əli açır.

Ay sapsarı bir toyuqdur,Ulduzlar da cücələri.Ah nə qəşəng, nə gözəldirBizim bahar gecələri.

Çinar altı, arx kənarı...Axar sular nəğmə deyir.Sevimlidir aləm yenəYer şeirdir, səma şeir.

Ay gözəllik timsalıtəkGəzir göyü süzə-süzə.Hüsnün ona tənə vurarNiyə çıxmayırsan üzə?

Bulud yoxdur göy üzündə,Topa-topa, alay-alay.Gəzir yenə boşluqları,Mənim kimi tənhadı ay.

Gəzir xeyli sakitanə,Şəfəqdəndir göyün donu.Bir səs gəlir qulağıma;“Gözətləmə artıq onu”.

Ay dolanar az keçməmiş,İtər yenə ilim-ilim.Söylə, çoxmu həsrətiniÇəkəcəyəm, a sevgilim?

Söykənmişəm gövdəsinəƏzəmətli göy çinarın;Bir səs deyir: “GəlməyəcəkÖzündəsə ixtiyarın.

İqtidarın varsa əgərDönük çıxan yarı unut;Güman elə sevdasınıƏsdi külək, ötdü bulud”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri