Sənə
Fərəhlə gəzəndə yamaclar boyuBaxıb həsrət çəkər dağda qar sənə.Demirəm bənzərin qızıl gülədir,Oxşar təravətdə ilk bahar sənə.
Bu ana yurdumun azad qızısan,İşığı sönməyən dan ulduzusan.Adın Mehribandır, özün mehriban,Səadət bəxş edib bu diyar sənə.
Qartal sənə baxıb qanad çalıbdır,Rahim ilhamını səndən alıbdır.Bu ana yurdundan miras qalıbdır:Sədaqət, dəyanət, etibar sənə.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-sene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Gəncə dağlarından, uzaq ellərdən,Əlbəttə ki, bir murada gəlmişəm.
Qələbə nəğməsiBu gün xalqım şair kimi coşub çağlayır,Sevinc dolu ürəklərdə zəfər səsi var.
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
DağlarZinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.