Əzəl gündən şöhrət almışAl qumaşı bizim yurdun;Sultanlara əyilmədiMəğrur başı bizim yurdun.

Sevimlidir yaylaqları,Buz kimidir bulaqları,Səfalıdır göy bağları,Dağı, daşı bizim yurdun.

Gözəlləri ceyran olur,Görən baxır, heyran olur,Ağızlarda dastan olurQələmqaşı bizim yurdun!

Tərlanı var – şahbazı var,Ruha yatan şahnazı var,Koroğlusu, Eyvazı var.Bil ey naşı, bizim yurdun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri