İsti bir yaz günüdür, od yağır göydən yerə,Toz qalxır, yeridikcə avtobuslar şəhərə.Tehran.Bazar.Gəzdirir əlində hərə bir şey:Biri odun şələsi, biri quzu, biri ney,Biri Kaşan xalısı açıb yerdə satmağa,Hərə yağlı dil tökür müştəri aldatmağa,Göstərir gilabdanı, darağı, bürünc tası,Şəkil satan divardan asıb həzrət Abbası.Silindirli bir oğlan fal açdırır rəmmala,Həsrətlə bəzzaz baxır işə getməyən mala.Biri sələb var deyir, birisi iskəncəbi,Satan bol, azdır alan, çoxunun boşdur cibi...

Səhəngi qoyub yerəHörmətlə keçənlərə:“Ay sərindir sərvəri,Qəlbi yanan gəl bəri!”

Deyir bir ayran satan;Bəlalar çəkən insanƏlində boş piyalaBirdən gedir xəyala.

Onu çəkib aparır ailə dərdi-səri;Gözlərində canlanır zavallı körpələri.Böyük arzular kimi fikirləşir o bunu:Yaxınlarda verərəm kuzəçinin borcunu.Hər gün axşam düşəndə,Gedərəm evə mən dəPendirlə, ağ çörəklə.Əlində boş piyaləMöhnət dolu ürəkləÇağırır: “Ay sərvəri,Qəlbi yanan gəl bəri!”Bu dəm yanaşır onaAmerika əfsəri.

O deyəsən, hallıdır: “Doldur, ver ayran – deyir.Yanır cəhənnəm kimi xaraba İran!” – deyir...Sənəkdən piyaləyə ayrançı ayran süzür,Əfsəri bir anlığa dərindən baxıb süzür.Gözlərində canlanır dəhşətli güllə™baran:Abadan mədənləri, işsiz qalan fəhlələr,Qolları, ayaqları zəncirli dustaq İran,Hər tərəfdə hökm edən, kefli, çılğın gəlmələr,Tələbə tətilləri, öldürülən qardaşı,Ağbirçək anasının kəsilməyən göz yaşı...Deyir: hər udumuna bir qızıl versə belə,Xeyr, hətta bir giləƏsla ona satmaram;Əlimdən ayran içsə rahat yuxu yatmaram!Namərd kimi gəzmərəm mən öz məmləkətimdə.Ürəyində söyləyir: “Mənim bu nemətim dəgəlmələrin deyildir”Cavab verir əfsərə.

– Ayran sənin deyildir.Sanki iç yurdum deyə – axıdıb tökür yerə.Dəyir bu güllə kimi zabitin gicgahına.O, tez açıb koburu əl atır silahına.Yarağın dəstəsiylə vurub qırır sənəyi,Susuzluqdan, qəzəbdən alovlanır ürəyi.Düşünür, yerə bir gün çiynindən atdı riqşaElə bu sayaq məni, ömrümüz gedir qışa,Oyanır müstəmləkə,Həqir baxdığım ölkə.Çıxır Amerikanın bazarları əlindən...Qurduğumuz kainat sökülür təməlindən!..Ayran hopub torpağa, yaranmışdır bir ləkə,Səpələnib ətrafa sənəyin qırıqları;Ürək qırıqlarıdır deyərdim ona bəlkə –Qopsaydı ayrançının boğuq hıçqırıqları.Öyünərək ürəkdən, qəti hərəkətiyləBaxır gedən zabitə dəryaca nifrətilə.

Baxırdı dərin dərinBir insan vüqarilə.Bu yadelli əfsərinSənək qırıqlarilə

Boğazınızı bilsəniz nə kəsərdi bir anda!..Dövlət satqın... ağadır Amerika İranda...Əfsər yönəlib gedir yelə düşən tük kimi,Ajan təzim eyləyir, qara bir kötük kimi,Qımıldanmadan baxır, dayanıb öz yerində;Ayrançının canlanır körpələr nəzərində,Elə bil ki, deyirlər: “Biz, ac deyilik, ata!Daha möhkəm bağlanır ayransatan həyata!..”

Körpələri acsa da,Ona qapı açsa da.Məlul, məhzun övrəti,Nədənsə bu gün əslaYoxdu qəmi, həsrəti.

Amerika əfsəri yırtıcıdır, kənəkdir,Sərxoşun sındırdığı sadəcə bir sənəkdir!O torpağa axıtdı kuzənin ayranını,Ancaq tökür ağası İranın al qanını.Ölkələrin əlindən alıb öz qismətini,Dağıdır insanların bəxtinin şərbətini!Ağalar sındırmayır bazarda sənəkləriArzuları puç edir, qırırlar ürəkləri!Bakı, 1951

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri