Eşitsin kainat verirəm xəbər:Yoxdur bu dünyada məndən bəxtəvər.Nəsibim şadlıqla sevincdir ancaq,Ömrümə çox bahar qismət olacaq.Başımın üstündə göy asiman var,Yanımda sevgilim, bir də cahan var.İtirsəm dünyanı bir səhər, nə qəm,Sən varsan, deməli fikir etmərəm.

Əgər bir gün səni itirmiş olsamHər şey mənim üçün məhv olar tamam.Sevgi çəmənini duman, qar alar,Həyat gözlərimdə sönər, qaralar.Çünki səninlə mən kama çatmışam.Sevinc ulduzuna kəmənd atmışam.Sən ki, mənimləsən, ey təzə çiçək,Mənimlədir bütün bir dünya demək.Sən qolumun gücü, gözümün nuru,Odlu həyatımın enməz qüruru.Eşitsin kainat verirəm xəbər:Yoxdur bu dünyada məndən bəxtəvər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar