Ağır-ağır qalxıram pillələrlə yuxarı,Saralıb solmaqdadır ömrün axar-baxarı;Gedirəm yavaş-yavaş, elə bu vaxt yanımdanSürətlə gəlib keçir xeyli cavan bir oğlan.Mən onunçün kölgəyəm, mən onunçün qaraltı.Zərif yel nəğməsini oxuyur dodaqaltı.Durub nəfəs dərirəm, yol çatmayıb yarıya.Nəzər salıram geri,Görürəm ceyran kimi sıçrayıb pillələriEnir cavan, mən isə qalxıram yuxarıya.O, düşərkən aşağı nəşəli nəğmə deyir,Mən yuxarı qalxıram, könül qüssə, qəm yeyir.Pillələr, daş pillələr!Qalxıram üstünüzdən yavaş-yavaş, pillələr!Düşünürəm bir müddətHəyat pillələrində bambaşqadır vəziyyət.Orda mən aşağıya enirəm, cavan oğlunOx kimi yuxarıya süzüb keçir yanımdan.Yüksəlir çox fərəhlə həyat pilləkanında;Tək deyil, qara gözlü bir qız da var yanında,Xəbərsizəm cavandan, bilməyirəm o kimdir.Bəlkə elə bu oğlan mənim öz gəncliyimdir?Baxıram arxasınca, ah çəkirəm dərindən,Mən enirəm, o qalxır həyat pillələrindən...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri