Dedim vətən adlı bir işvəkara:“Bu nədir geymisən yenə al, xara?Xəbərin yoxmudur qocalığından?”Dedi ki: “Mən hara, qocalıq hara!”

Dünən yüz yaşında bir ağsaqqalıBizim zamanadan eylədim halı.O dedi: “Nə gözəl qanun olubdurXalqın öz əməli, xalqın öz malı!”

Kefi kök, damağı xeyli çağ bizik,Alnı daim açıq, üzü ağ bizik.Əriyən şamların dövranı keçdi,Əbədi parlayan gur mayak bizik.

Vətənim sevimli xoş laləzardır,Hər addım başında aləmi vardır.Mən bu çəmənzarda kamə yetmişəm,Ömrüm təravətli bir ilk bahardır.

Bakının ulduzu yansın vüqarla,Əməlim gül açıb gülür baharla.Azadlıq aşiqi insan öyünürBizim yurdumuzla, bizim diyarla.

Bu calal, bu şövkət, bu şan mənimdir,Gül açan ətirli öz gülşənimdir.Azadlıq, səadət, əməl gülzarıSülhün ilk beşiyi bu Vətənimdir.

Aşıq gördüyünü dastan eləyər,Gəzər əlində saz cövlan eləyər,Səadət yurdudur bizim yurdumuz,Qocanı döndərib cavan eləyər.

Tazə gəlin kimi çətrin var, ay gül!Şairin yanında xətrin var, ay gül!Cananın əlləri dəymişdir sənə,Ki, bu qədər gözəl ətrin var, ay gül?!

Tarçı şurə gələr tarı görəndə,Tülək tərlan cumar sarı görəndə.“Canan həyatımdır” söyləyən aşiq,Nədən huşdan olur yarı görəndə?!

Dünyada ləl var, kaşı var, dəniz!Hər adanın neçə yaşı var, dəniz?!

Könül dedikləri bir dəryadır ki,Onun da incisi, daşı var, dəniz!

Borcludur, nadanı salsın başa söz,İnsanda olmasın heç vaxt qoşa söz,Yalnız bir ürəyə yatan olmasın,İşləsin ox kimi gərək daşa söz.

Bal da şirin deyil cananə kimi,Sındırma qəlbini peymanə kimiYarın şəmə dönüb yanır eşq ilə,Dur, dolan başına pərvanə kimi.

Mənim yarım gərək qələmqaş olsun,Hüsnü kamalilə həmyoldaş olsun.Ey mənə “sevgidən əl götür!” deyənƏmr elə ürəyim qara daş olsun.

Çəməndə lalənin rəngi al olur,Aşiqin nəsibi xoş vüsal olur.Səni görən kimi, a şirinüzlüm,Nədən tuti dilim mənim lal olur?

Ömür mənalanır şirin keçəndə,Dövranın əlindən şərbət içəndə.Bizim dünyamızda çox bəxtiyardırElçi seçilən də, elçi seçən də.

Seyrə çıx gülzara, bahar çağıdır,Çiçək ətir yayır, kədər dağıdır.İncimə o gülü canan, iyləsəm,O da bir gözəlin al yanağıdır.

Sənin alnın açıq, üzün də ağdır,Sevincin, fərəhin qucaq-qucaqdır.Əsl sənətkarın qeydini çəkmə,O, söz dünyasında yaşayacaqdır.

Bu dünya işində az xam olmadı,Bəzən uşaq kimi aram olmadı;Çoxları mey içdi meyxanələrdə,Kefləndi, amma ki, Xəyyam olmadı.

Könül odlar saçan qızğın ocaqdır,Vətəni insana doğma qucaqdır.İndi gurlamasa mənim sənətimBir deyin nə zaman gurlayacaqdır?!

Baxaraq günəşə dedim: “İşvəkar,Sən ki, parlayırsan bu göydə par-par,Qaralsan dönməzmi cahan zülmətə?”Dedi: “Qorxma, sənin öz günəşin var”.

Buludlar, buludlar, bəyaz buludlar.Dəryanız ki, deyil dayaz buludlar!Sizlərdən yuxarı könlümdür edənAzad quşlar kimi pərvaz, buludlar!

Nə qonmusan yenə budağa, bülbül!Can sənə elərəm sadağa, bülbül!Dayan, mən də çıxım evdən bağçayaÖtək, verib dodaq-dodağa, bülbül!

Ölməz bu dünyada vəsli-yar görən,Sədaqət hiss edən, etibar görən.Olmuşmu söyləyim uzun çinarda,Ya da boz söyüddə şirin bar görən?

Gözəldir kainat, bir bax, bənövşə!Bu qanun, bu şərəf, bu haqq, bənövşə!Yaraşmaz sənə də bizim zamandaBelə boynu əyri durmaq, bənövşə!

Səsini boşluqda bərkitmə, durna!Eldən uzaqlara gəl getmə, durna!

Dəyişir iqlimi öz əllərimiz,Bu yaşıl çölləri tərk etmə, durna!

Kim deyir ulduzun göydə sanı var?Hər yanan ülkərin öz dövranı var.Könül dedikləri bir asimandır,Onun da günəşi, kəhkəşanı var.

Sanma ki, bir günəm, düşün il məni,Çay deyil, gur seləm, tanı, bil məni.Min bir xal vurmuşam bir simdə, qafilSən indi görürsən belə zil məni?

Qəlbə fərəh verən şirin muraddır.Nəşəmiz oynağan bir şux Qıratdır.Böyük Nizaminin vətəni – yurdum,Bilirəm hər daşın cavahiratdır.

Haqq gərək dünyada pərdələnməsin,İnsanın vüqarı yerə enməsin.Bir Şirinüzlünün Fərhadıyam mənEşqimin oduna su çilənməsin.

Dünyanı cənnətə döndərən bizik,Düşmənə zərbələr endirən bizik.Yarımın minməyir sənək belinə,Çayları kəndlərə göndərən bizik.

Mənəm həqiqəti yaşadan ancaq,Azadlıq məndədir, qəlbimdədir haqq.Nə bir ah çəkəcək ömrüm dünyada,Nə Kür quruyacaq, nə sal yanacaq.

Zil heç duyulmazdı bəm olmasaydı,Bütöv sevilməzdi kəm olmasaydı.Nəşənin qədrini bilməzdi insanQüssə olmasaydı, qəm olmasaydı.

Qızıl gül açıldı, uzadıb əl, dər!İncitmə yarpağı, ehtimallı gəl dər!Özün çevrilməmiş qara torpağaZamandır, sevgilim, nazlı gözəl, dər!

Gözümün nurudur qoçaq adamlar,Ruhumu dırmalar şıltaq adamlar.Nə zaman dünyadan silinəcəkdirSimasız adamlar, yaltaq adamlar?

Zövqi meydə görmə, səhba nə lazım?Axar susuz çəmən, səhra nə lazım?Dünyanı dolduran nəşəm olmasaSiz deyin, bu quru dünya nə lazım?

Ruhum sığışmayır əsla darlığa,Mən azad gəlmişəm geniş varlığa.Şerimin süngüsü sancılacaqdır:Hiyləyə, fitnəyə, riyakarlığa!

Yarım dənizdədir, sahilə dönsün,Sevincim, fərəhim gur selə dönsün.Cananla bir yerdə olduğum zamanHər günüm uzanıb bir ilə dönsün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq