Qurduğum məclisə istəyim budur:Kimdə varsa vəfa, sədaqət, gəlsin.Dəyanət, etibar, mərdlik sevənəm,Kimdə varsa belə bir sifət, gəlsin.

Başqa aləmi var kamanın, neyin,Nə var könül açan söz kimi, deyin!Bülbül tək ötməyə Xalaoğlu Hüseyn,Sazı dindirməyə Ədalət gəlsin.

Rahim el yanına gəldi Qazağa,Deməyin Bakıdan düşdü uzağa,Canım sadağadır doğma torpağa,Məclisimə əhli-məhəbbət gəlsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq