Üzüm yığan qız
Səhər-səhər tənəkdən təzə üzüm dərmisən,Doldurub yeşiklərə, Bakıya göndərmisən.A mehriban sadə qız,Sevimli, azadə qız!Sən bağda,Mən şəhərdə –Göz açdıq kainata işıqlı bir səhərdə.Sən bağa,Mən dənizəÜrəkdən bağlanmışıq.Bir sevdanın yolunda məşəl kimi yanmışıq.Mən səni bir yaz çağıGörmüşəm olan zaman məskənim üzüm bağO şehli salxımları yetirən əllərindir.Şəfəq dolu gilələr sanki, əməllərindir.Ey incə gülüşləri şəkər kimi dadlı qız,Arzuları, sevinci quş kimi qanadlı qız.Nə olar ki, bir səhər qapımızdan girəydin,Uzadıb o kəhrəba üzümündən verəydin,Qapqara gilələri zil qara gözün kimi,Şirinliyi beçə bal, xeyr yox, özün kimiTəravətli, ətirli salxımlar uzadaydın,Bir qıça mən yeyəydim, bir qıça sən dadaydın,Nə olar bu işıqlı,Bu geniş, yaraşıqlıEvimizdə, ay gözəl, həmişəlik qalaydın,Ürəyimdə sevgidən bir təzə bağ salaydın...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-uzum-yigan-qiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
DanışmaYön çevirib bir məclisə varanda,Ağır otur, sağa-sola danışma.
Çevril bir bəri bax, ey yari vəfadar getməÇevril bir bəri bax, ey yari vəfadar getməQoyub hicrində məni böylə giriftar getmə.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül