Üçüncü gün gəlib yenəÇıxdım həmən arx üstünə.İncik düşüb necə atım,Belə edə bilməyirəm?Sənsizliyin yollarındaMəgər gedə bilməyirəm?Gözləyirəm, gözləyirəmNə güclüdür yar həsrəti,Gözləyirəm yenə səniBayraq edib sədaqəti.Sən gəlirsən üzün bənzərŞaxta vurmuş solğun gülə.Sonra sözə başlayırsanAsta-asta gəlib dilə:“Üç gün yatdım qızdırmadaBəs niyə salmadın yada?Əsla xəbər də tutmadın.Nə əcəb ki, buradasan,Həmişəlik unutmadın.Üç gün yandım ocaq kimi.Döndüm oda başdan-başa!...”Nə söyləyim indi onaÖz yerimdə döndüm daşa!“Unut onu, gəlməyəcək,O qədrini bilməyəcək.Yetər artıq tərk et, unut.Sevdasını güman elə:Əsdi külək, ötdü bulud...”Düşünmüşəm görün necə?!Arx kənarı, sakit gecəSanki mənə tənə vurur.Qabağımda osa dururÇox mehriban əvvəlkitək.Ay dolanır boşluqlarda,Sevgilimə göz tikərək...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri