A dostlar, aşnalar gözünüz aydınOldu nəsibimiz səadət camı.Qurulsun toy, mağar ellər boyuncaCoşsun bəstəkarın dərya ilhamı!Gəldi gözlənilən zəfər bayramı.

Öldü yuvasında vəhşət əjdəri,Kədər tərk eləyir doğduğum yeri;Ağ günlər qayıdır sevinclə geriÖldü quldurbaşı, öldü haramı,Gəldi gözlənilən zəfər bayramı.

Hanı o qotazlı, sədəfli sazım,Gülür əbədiyyət baharım-yazım,Süzür üfüqlərdə ilham şahbazım,O səslənib deyir: – sevinsin hamı!Gəldi gözlənilən zəfər bayramı.

Var olsun rəşadət, hünər var olsun,Üfüqdə parlayan səhər var olsun,Atamız-dostumuz rəhbər var olsun,Var olsun Vətənin gözəl əyyamı!Gəldi gözlənilən zəfər bayramı.9 may 1945

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri