Xarrat
Təzə bina tikdirib Təbrizdə ərbab yenə...Bu ev tənələr vurur şəhərin evlərinə.Bir sənət əsəridir tavanları, tağları,Gəzir dülgər, seyr edir möhtəşəm otaqları.Düşünür: “Ərbab salıb qardaşımı al qana,Onun alın tərilə tikdirdi bir kaşana.Mən bəzək vurmalıyam imarətə əlimlə,İftixar etməliyəm şadlanıb əməlimlə.Pəncərə pərçimləyib, döşəmə salmalıyam,Ömrümü bada verib belə qocalmalıyam.Nə eləyim?!Nə çarəAdım xarratdır mənim,Zəmanədən qismətim belə həyatdır mənim!Döyüb yerə möhtəkir burda öz ayağını,Əridəcək bacımın ürəyinin yağını:Yuyulmuş paltarını görməyəndə qar kimi,Qəzəbli olacaqdır dumanlı dağlar kimi.“Ay nanəcib verdiyim borc hanı, sələm hanı?”Deyib ağladacaqlar ağ birçəkli ananı.İllərin dərdi, qəmi üstümə ələnəndə,Dolanıb həyət-həyət acından dilənəndə“Get, görünmə ərbabın səhər-səhər gözünə!”Deyərək bu qapını örtəcəklər üzümə.
Həmin bu pəncərədən, bəli, o zaman, o günÖrtüyü salacaqlar məni görməmək üçün.Bunu duymayırammı, həyat pəncərəsindən,Mənim ana yurdumun dağından, dərəsindənQatar-qatar uzağa aparılır nemətim;Ayaqlanır şərəfim, bəs yoxmudur qeyrətim?!Ərbablar düşmənimdir, son verməli qarətə!” –Deyib vida elədi xarrat bu imarətə.Od ələyib məhəmmədrzaların yerinə,Getdi pəncərə açsın Təbrizin səhərinə.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-xarrat
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gəl verək əl-ələ, yoldaş oğlan,Cəm olaq bir yerə, qardaş oğlan.
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,