Kür sahili... Bağça-bağ;Çiçəklər qucaq-qucaq.Gəzir şux nazəninimƏlvan güllər içində.

Ara, dolan dünyanı,Ona bərabər hanı?Oxşarını görməsənŞux gözəllər içində...

Gəzdikcə göy çəməniHeyran eleyir məni.Camalı nurlu aydırSırma tellər içində...

Almayanaq, güldodaq,Onu sevmişəm ancaq,Neçə-neçə sevimliŞirindillər içində...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar