Səyyada döndün
Ovçunun dəftərindən
Mən turac gəzirəm kollar içində,O, bu dəm dənləyir yollar içində;Girirəm dalımca bir ucqar bağa,O sakir arxayın yaşıl otlağa.Mən nəzər salıram yerə, havaya,O qanad çalmadan girir yuvaya.Mən ondan əl üzüb dönəndə geri,Götürür başına səsi çölləri...Demə ki, bir onun inadı vardır,Bərli-bəzəklidir, qanadı vardır.Yox, yox... O quşla var nisbətin sənin,Onun xislətidir xislətin sənin!Gəzdim həsrətinlə mən hilal kimi,Sən nurlu gecəmdə bir duman oldun.Dolandım izində mən xəyal kimi,Sən gedib özgəyə mehriban oldun.Mən səni hər zaman dost kimi andım,Nədən, bilməyirəm, sən yada döndün?Mən səni ömrümün şikarı sandım,Sən yolum üstündə səyyada döndün.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-seyyada-dondun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaxın dostum kimi sevinc yanımda,Sakit oturmuşdum öz eyvanımda
Hər şey baqidirDeyirlər: baqidir hər şey cahandan,Qayıdır aləmə dünyadan köçən.
Pərvanə və şamBizim qoca dünyanı dolaşır bu əfsanə;Şam gözəldən gözəl qız, oğlan imiş pərvanə.
MənimdirMənimdir bu qızıl sünbüllü düzlər,Mənimdir bulaqlar, göllər, dənizlər.
Başqa şairlərin şeirləri
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm