A yoldaşlar, yeddiillik bahardaBar gətirən təzə bağlar olacaq;Səadətin sarayını tikirik,Asimana qalxan tağlar olacaq.

Yaranacaq neçə-neçə gölümüz,Gəlin kimi al geyəcək çölümüz.Sərvətini verəcəkdir dərə, düz“Təslim oldum” deyən dağlar olacaq.

Çoxalacaq yurdumuzun neməti.Dolanacaq ölkələri şöhrəti.Qoy var olsun yeddibahar dövləti,Sayəsində gözəl çağlar olacaq...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri