Xəyallar aləmində
Oturub göyərtədə cavan mühəndis yenə,Papiros çəkib, baxır Xəzərin sinəsinə.Neçin o şən oğlanın ağzı, dili bağlıdır?Qoşulmayır nədən bəs yaxın yoldaşlarına?Səma bombozdur, hava bir qədər sazaqlıdır.Düşüb yola motorlu qayıq Neft daşlarına.Xəyallar qanadında alıb aparır onu,Dəniz buruqlarının gənc mühəndis oğlunu,Gah çatılır qaşları, gah gülür dodaqları,Gah yaxını görməyir, gah süzür uzaqları,Nə olubdur görəsən?Qoy deyim, can evinə onun yol tapmışam mən.Sanma ki, cavan oğlan xeyli adlı-sanlıdır,Lakin öz aləmi var. Bu gün həyəcanlıdır.Gül açan əməlləri geyinmişdir al-xara.Təzə buruq verəcək bu səhər istismara.Sabah üzük taxacaq yarının barmağına,Bir ay sonra bu cavan neftçinin otağınaOna könlünü vermiş qonşu qızı gələcək,Eyvanından mehriban gülüşlər yüksələcək.Düşünür bunları o, baxır dənizə, qaşa,Zənn etməyin yorulur.Bəzən insan verəndə düşüncəylə baş-başaDünya onunku olur...Qarşıda Neft Daşları.Qayıq sürətlə gedirÇatılmışdır qaşları.Mənim gənc mühəndisim xəyallar içindədir.Gələcək həyatını düşünüb bu gün yenə,Papiros çəkib, baxır Xəzərin sinəsinə...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-xeyallar-aleminde
← → düymələri ilə keçid, R — təsadüfi şeir