Yolum düşdü səhər-səhərUca Şeyx Sənan dağına.Bir səs gəldi qulağıma:Tab gətir hicran dağına.

Aşiqlərə eylə xəbər:Möhnət yeli əssə əgər,Zərrə qədər etməz əsərƏhd ilə peyman dağına.

Qalma Rahim öz halına,Dildar gəlsin xəyalına.Yetəcəksən vüsalınaDözsən o canan dağına...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq