Şair bahar çağındaQapadı gözlərini öz ana torpağında.Qərq oldu eşidənlər dərin matəm içində,Axın-axın gələnlər hüzünlü, qəm içində.Tabutunun önündə keşik çəkib, dayandı.Sənətin aşiqləri alışıb yandı-yandı.Axı o çox yazardı insanın sevdasından,Yorulmadan ötərdi məhəbbət dünyasından.Apardılar dəfn üçün onu mehriban əllərHörmətlə tapşırmağa sonuncu mənzilinə,Gəldi məzarıstana vəsf etdiyi gözəllər,Gözəllər ki, verərsən ömrünü bir telinə.Sükut çöküb hər yana, daşa dönüb camaat.Danışdılar bir saat.Bu kədərli, bu qəmli,Bu dərdli, bu ələmliİnsanlardan kənarda bir qadın dayanırdı,Qara örtük başında.Qərq olmayırdı əsla, o qadın göz yaşında,Lakin hamıdan artıq şairə o yanırdı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri