Yeddi zənci
Ucqar zənci məhləsi,Yenə gecə yarıdır.Gedir qızğın axtarışPolis adamlarıdırYenə hər yana baxsan;Yenə ölüm, nahaq qan...Gəzirlər qapıları qəzəblə qıra-qıra,Əllərində dəyənək, dillərində iftira.Axtarırlar qeyz ilə yeddi cavan zəncini,Yeddi bahar oğlunu, mübarizə gəncini.Qaralar təhqir edib guya bir ağ qadını,Namuslu adamları salıb şərə, böhtana,Boğazlayıb onların eşqini, muradını,Qollarını bağlayıb aparırlar zindana...Qanunsuz, məhkəməsiz dustaq edirlər bir il.Yeddilər kimdir, açıq söyləmək mümkün deyil,Deyə bilməzdilər ki, qorxuludur yeddilər,Bizə onlar zidd gedir hər yanda axşam, səhər.Deyə bilməzdilər ki, dəydimi ayaqlarıbu gənclərin limana,İşçilər gəmiyə yox, tökür dərin ümmanaÖlkələrə hərb üçün yollanan yaraqları.Heç gələrmi merlərin bu həqiqət dilinə:
– Zənci ağ gün istəyir vətəninə, elinə;Deyə bilməzdilər ki, keçirmək istəməyirOnlar qılıncı qına.Deyə bilməzlər, xeyrKi, azadlıq istəyir qaralar öz xalqına.Döyüşlərə çağırmış bu yeddi mərd saldatıZəncilərin iqbalı, zəncilərin həyatı...Deyə bilməzlər əsla, oyanır yatmış qara,Düşmən çıxır dollara.Onlara ilham verir sülhün şanlı bayrağı.
“Qara zorlayıb ağı”Bu iftira, bu adla,Bu böhtan, bu fəsadlaYeddi namuslu gənciAtıb daş qəfəslərə,Saldılar yaman şərə.Bir il dustaq etdilər;Bir il igid yeddilər
Döyüldü, qol çəkmədi uydurulmuş yalana,Barmaqlığın dalında ömür sürdü mərdana,Qabarıb qançır oldu şallaqdan bədənləri,Kameradan ayaqla sorğuya gedənləri.
Batsın deyə bu vəhşətGecə yarısı xəlvət
Girib qoltuqlarına gətirdilər geriyə.Onlar inildəmədi ol yeriyə-yeriyə.Mərdana qarşılayıb yalan sorğu-sualı,Söylədilər: güləcək zəncilərin iqbalı!Yeddi zənci,yeddi dost,yeddi məslək yoldaşı,Yeddi həqiqət sevən,arzu, dilək yoldaşı;
Yeddi həyat aşiqi,yeddi mübariz cavanAzadlığın yolunda keçdi şirin canından.Birisinin ağardı anasının saçları,Özünü gur sularda boğdu birinin yarı.Birisinin kor oldu bacısı ağlamaqdan,Birisinin gəlini geri döndü otaqdan.Birisinin atası yaraq aldı əlinə,Birisi qardaşının and içdi əməlinə.Birisinin qadını mübariz əsgər oldu,Sülhə imza toplayan insanlara qoşuldu.Kədər boğazlamadı o günlər bir xalanı,Dedi: “Bacım, aldılar əlindən tək balanı,Daha ölməsin deyə övladı yoxsulların,Ağ günə çıxsın deyə nəsli qara qulların”,O, səadət yolunda addımlayır vüqarla,Böyük bir iftixarla,Birisinin qardaşı atdı səhər dəzgahı,“Azadlıq heykəli”nin qabağında açdı o,
Əsarətdə sabahı.Əlində qanlı köynəkYeddi yüz ana gəldi;Yeddi yüz min ağ, qaraCoşub meydana gəldi.Sinələrində şüarNümayişə başladıVirginyalı bacılar.
Hörmətlə xatırlayıb həmin bu yeddiləriO gün hücuma keçdi könüllü Çin əsgəri.Vyetnamda partlayıb yeddi cəllad maşını,Yad elədi igidlər öz yeddi qardaşını.Yeddilərin o səhərKoreya şahinləri tutmadı matəmini.İntiqam olsun deyə vətənpərvər igidlərAmerikadan üzən təzə hərbi gəmini
Batırdı gur sularda.Məğrur heykələ döndü yeddilər duyğularda...Zəhmətkeşdi yeddilər...Yeddi nəfər sənətkar,Yeddi həyat çeşməsi,yeddi yaz,yeddi bahar...Deyirlər ki, birinin gözəl sənəti varmış,Çarpayı hazırlayıb özü yerdə yatarmış.Mahir ustaymış biri, belə deyirlər onunMebelləri hər zaman olmuş Vaşinqtonun,Riçmontun evlərinin yaraşığı, zinəti,Özünün olmamışdır bircə sadə masası,Ömrünün kitabına yazıb dərdi, möhnətiBelə həyat veribdir ona “qanun əsası...”Yeddi usta,yeddi can,sevən,sevilən könül.Dünən quran yeddi əl,bu gün yeddi ovuc kül!..Qoca tarix! İtirdin ancaq yeddi gəncimi?Qanunsuz öldürülən tək bu yeddi zəncimi?
Elə bu növ, bu sayaqOn beş il bundan qabaqÖmrün bahar çağında,Nyu-Yorkun qucağındaTərk elədi bir səhərZəncilər məhləsindənDünyanı səkkiz nəfər.
Hanı Sakko, Vansetti?Neçə adsız qəhrəman?Neçə döngədə axmış zülmət gecələrdə qan?Merlərin bu yeddi gənc yeni cinayətidir.Yırtıcılıq onların irsi bir adətidir.
Onlar hayana getsə,Həbəşistandan keçib, Ərəbistana getsə,Fəlakətlər törədir yalnız qanlı əlləri,Boğuldu Afinada azadlıq əməlləri,Madriddə şər qazandıHansı elə onların pəncələri uzandı,Fahişəlik, xəyanət, aclıq, ölüm və çumaOrda keçir hücuma.Haqq istəyən elləri cəlladlar salır qana;Döndərmək istəyirlər yer üzünü zindana.
Yeddi gənc,yeddi zənci,yeddi həyat aşiqiBir də görməyəcəklər səhərlər gün işığı –Yeddi usta,yeddi can,sevən,sevilən könül.Dünən quran yeddi əl,bu gün yeddi ovuc kül,Siz ey vəhşi ağalar! Çox sürməyəcək bu hal,Axır nəfəsindədir öləcəkdir kapital!İnsanlar haqsızlığa gərərək bir gün sinəQırılsın deyə zəncir, uçulsun deyə zindanOturdacaqlar sizi ölümün kürsüsünə,Ya da ki, asacaqlar uca dar ağacından!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-yeddi-zenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir